Şəhid Maarif Həsənovun ailəsinin yaşadığı ev rayon icra hakimiyyəti tərəfindən əsaslı təmir olunub
Şəhid ailələrinin, Vətən müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sistemli, ardıcıl və davamlı tədbirlər həyata keçirilir.
Göyçay rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət, qayğı ilə yanaşılır, rayon icra hakimiyyəti həmin ailələrin problemləri ilə mütəmadi maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər həyata keçirir.
44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Göyçay rayonunun Birinci Ərəbcəbirli kənd sakini Maarif Rahim oğlu Həsənovun ailə üzvlərinin müraciəti əsasında fərdi yaşayış evi rayon İcra Hakimiyyəti tərəfindən əsaslı şəkildə təmir olunmuşdur.
Şəhidin anası Nəzakət Həsənova fərdi yaşayış evinin təmir olunmasına və onlara göstərilən qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmişdir.