Şəhid Kənan Ömərlinin ad günü məzarı önündə qeyd olundu
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ömərli Kənan Elxan oğlunun ad günü Cəyirli kəndində şəhidin məzarı önündə qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova, rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hikmət Süleymanov, rayon İcra Hakimiyyətin başçısının Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüsal Abbasov, kənd bələdiyyəsinin sədri Şəfa Nəsirova, şəhid ailələrinin üzvləri, şəhidin təhsil aldığı məktəbin müəllim və şagird kollektivi, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Ailələrinə göstərilən diqqət və qayğıya görə şəhidin anası Məhluqə Ömərova ölkə Prezidentinə minnətdarlığını bildirib.
Cəyirli kənd ümumi orta məktəbində davam edən tədbirdə şəhid Kənan Ömərlinin vaxtı ilə təhsil aldığı Gəncə Texnologiya Universitetinin müəllimləri tələbələr tərəfindən işlənilmiş şəhidin portretini onun adını daşıyan sinifə təqdim ediblər.
Qeyd edək ki, şəhid Ömərli Kənan Elxan oğlu 08.03.1999-cu il tarixdə Göyçay rayonu Cəyirli kəndində anadan olmuşdur. 29 sentyabr 2020-ci il tarixdə qismən səfərbərlik üzrə hərbi xidmətə cəlb edilmiş, 06 oktyabr 2020-ci il tarixdə Ağdam istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.