Şəhid Əli Eyvazovun və Xəyal Həsənovun ildönümü qeyd edildi
14 oktyabr 2020-ci il tarixdə 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Göyçay şəhər sakini, Əli Sehran oğlu Eyvazovun və Qaraman kənd sakini Xəyal Zeynəddin oğlu Həsənovun ildönümü məzarı önündə qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd sakinləri iştirak edirdilər.
Şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb.
Tədbirdə çıxış edənlər qeyd etdilər ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 ilə yaxın həsrət qaldığımız torpaqlarımızı işğaldan azad etdi. Hər bir Azərbaycan vətəndaşı Cənab Prezident İlham Əliyevin Qarabağ Azərbaycandır! ifadəsi altında səfərbər olmağı bacardı və 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızı azad etməklə yurd, Vətən sevgisinin hər şeydən üstün olduğunu bir daha sübut etdi.
Həmçinin tədbirdə şəhidlərimizin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıldı. Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.