Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhid Əhmədov Ayaz Elson oğlunun ildönümü qeyd olundu

07 oktyabr 2022 | 15:39

07 oktyabr 2020-ci il tarixdə 44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn İkinci Ərəbcəbirli kənd sakini, Əhmədov Ayaz Elson oğlunun ikinci ildönümü məzarı önündə qeyd olundu.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, dindarlar, ağsaqqallar və şəhidin ailə üzvləri iştirak edirdilər.

Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev şəhidin ildönümündə çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli  Azərbaycan Ordusu 44 günlük Vətən  müharibəsində 30  ilə  yaxın həsrət qaldığımız torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan  xalqı  tarixə şanlı hərflərlə Qələbə sözünü  yazdı.

Həmçinin tədbirdə şəhid Ayaz Əhmədovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıldı.

Ərəbcəbirli kənd ümumi orta məktəbin Ayaz Əhmədov adlandırılan sinfinə keçərək məktəblilərlə görüşülmüş, məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirmişlər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.

Xatırladaq ki, şəhid Ayaz Əhmədov 04.03.2000-ci il tarixdə Göyçay rayonunun İkinci Ərəbcəbirli  kəndində anadan olmuşdur. 21 sentyabr 2020-ci il tarixdə hərbi  təlimlərə cəlb edilmiş, 07 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin  sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilmişdir.

 

Keçidlər