Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhid Aslan Əliyevin ikinci ildönümü qeyd olundu

08 noyabr 2022 | 18:18

Noyabrın 8-də Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn şəhid Əliyev Aslan Elman oğlunun ikinci ildönümü Göyçay rayon Hacalıkənd kənd qəbiristanlığında məzarı önündə qeyd olundu.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Sabir Hacıyev, İcra hakimiyyəti başçısı aparatının nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin üzvləri, dindarlar, ağsaqqallar və şəhidlərin ailə üzvləri iştirak edirdilər.

Tədbir iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri düzüblər. Tədbirdə şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışılmış və məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndirmişlər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Xatırladaq ki, şəhid Aslan Əliyev 23.09.2001-ci il tarixdə Göyçay rayonu Hacalıkənd kəndində anadan olmuşdur. 04.10.2019-cu il tarixdə həqiqi hərbi xidmətə cağrılmışdır.  08 noyabr  2020-ci il tarixdə Xocavənd istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  "Vətən uğrunda" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Keçidlər