Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhərin Rauf İsayev küçəsində yolun yararsız hissələrinə yeni asfalt örtüyü vurulub

25 noyabr 2024 | 17:21

Göyçay rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində yolların və səkilərin əsaslı təmiri, asfaltlanması və yaşıllıqların salınması istiqamətində işlər davam etdirilir.

Noyabr ayının 25-də şəhərin Rauf İsayev küçəsində yolun yararsız hissələrinə abadlıq işlərini həyata keçirən podratçı təşkilat “ATF” MMC tərəfindən yeni asfalt örtüyü vurulub.

Hazırda şəhərin Əli Kərim küçəsindəki dalanlara yeni asfalt örtüyü vurulması, Rəsul Rza və Nizami küçəsində isə vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə piyada səkisinin yenidən qurulması işləri davam etdirilir.

Aparılan abadlıq işləri çərçivəsində noyabr ayı ərzində şəhərin Heydər Əliyev prospektindəki dalanlara, Vaqif, S.Vurğun, Şirvani, Z.Tağıyev, Z.Nəcəfov, Xəyal Məmmədov, Maarif Həsənov küçələrinə və 52-ci məhəlləyə yeni asfalt örtüyünün vurulması işləri yekunlaşıb.

Keçidlər