Şəhərin Nizami və Rəsul Rza küçələrində piyada səkiləri təmir edilir
Göyçay şəhərində vətəndaşların və nəqliyyat vasitələrin rahat gediş-gəlişinin təmin olunması üçün küçə və dalanlara asfalt örtüyünün vurulması və piyada səkilərinin təmir edilməsi istiqamətində işlər görülür.
Aparılan abadlıq işləri çərçivəsində şəhərin Rəsul Rza küçəsinə yeni asfalt örtüyü vurulmuş və hazırda piyada səkisinin bərpa edilməsi işlərinə başlanılmışdır. Görülən işlər şəhərin Nizami küçəsində də davam etdirilir.
Qeyd edək ki, şəhərin Vaqif, Zakir Nəfəcov, Xəyal Məmmədov küçələrində və 52-ci məhəllədə yolun qaydaya salınaraq yeni asfalt örtüyünün vurulması üçün hazırlıq işləri görülür. Noyabr ayı ərzində aparılan abadlıq işləri çərçivəsində şəhərin Heydər Əliyev prospektindəki dalanlara yeni asfalt örtüyünün vurulması işləri yekunlaşmışdır.
Göyçay şəhərində küçə və dalanların asfaltlanması, piyada səkilərində abadlıq işlərinin görülməsi tərtib edilmiş plana uyğun olaraq mərhələli şəkildə davam etdirilir.