Şəhərin M.Ə.Sabir və 28 May küçələri işıqlandırılıb
Göyçay rayonunda küçələrin lazımi dərəcədə işıqlandırılması, sutkanın qaranlıq saatlarında yollarda təhlükəli şəraitin, yol nəqliyyat hadisələrinin, qəzaların baş verməməsi və piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün yeni işıqlandırma sistemlərinin çəkilməsi istiqamətində işlər davam etdirilir.
Təsdiq edilən qrafikə uyğun olaraq şəhər ərazisində tamamilə işıqlanma sistemi olmayan yollar sıfırdan işıqlandırılır.
02 yanvar 2025-ci il tarixdə rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən şəhərin M.Ə.Sabir və 28 May küçələrinin elektrik dirəklərində təmir-bərpa işləri aparılaraq işıqlandırılması təmin edilib.
Bununla da şəhərin 20-dən çox küçəsinin və 2 park ərazisinin işıqlandırılması bərpa edilib.
Qeyd edək ki, növbəti mərhələdə şəhərin N.Nərimanov və Atatürk küçələrinin işıqlandırılması işlərinə başlanılacaqdır.