Şəhərin Heydər Əliyev prospektində və Nizami küçəsində piyada səkiləri əsaslı təmir edilir
02 dekabr 2024 | 18:19
02 dekabr 2024-cü il tarixdə vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə şəhərin Heydər Əliyev prospektində və Nizami küçəsində abadlıq işlərini həyata keçirən podratçı təşkilat “ATF” MMC tərəfindən piyada səkisinin yenidən qurulması işlərinə başlanılıb.
Ötən ay ərzində aparılan abadlıq işləri çərçivəsində şəhərin Heydər Əliyev prospektindəki dalanlara, Vaqif, S.Vurğun, Şirvani, Z.Tağıyev, Z.Nəcəfov, Xəyal Məmmədov, Maarif Həsənov, Rauf İsayev küçələrinə və 52-ci məhəlləyə yolun yararsız hissələrinə yeni asfalt örtüyü vurulub.