Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhərin Heydər Əliyev prospektində abadlıq işləri aparılır

24 yanvar 2025 | 16:57

Göyçay rayonunda aparılan genişmiqyaslı abadlıq işləri çərçivəsində avtomobil yollarının və səkilərin əsaslı təmiri, asfaltlanması, fərdi yaşayış evlərinin fasad və çöl barı hissəsinin üzlənməsi, eləcə də yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Ötən gündən başlayaraq şəhərin Heydər Əliyev prospektində vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə piyada səkisinin yenidən qurulması, yeni işıqlandırma sistemlərinin çəkilməsi və yol boyunca yeni ağacların əkilməsi istiqamətində işlər görülüb.

Hazırda həmin ərazidə fərdi yaşayış evlərinin fasad və çöl barı hissəsi üzlənilir.

Görülən işlərlə bərabər şəhərin Nəriman Nərimanov və Rauf İsayev küçələrində ilkin mərhələdə fərdi yaşayış evlərinin fasad və çöl barı hissəsinin təmirinə, həmçinin yeni işıqlandırma sistemlərinin çəkilməsinə başlanılmış və növbəti məhələdə piyada səkilərinin yenidən bərpası işləri görüləcəkdir.

Qeyd edək ki, Göyçay rayonunda abadlıq işlərinin görülməsi tədbirlər planına uyğun olaraq mərhələli şəkildə davam etdiriləcək.

Keçidlər