Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhər ərazisində küçələrin işıqlandırılması davam etdirilir

26 iyul 2024 | 12:31

Göyçay rayonunda küçələrin lazımi dərəcədə işıqlandırılması, sutkanın qaranlıq saatlarında yollarda təhlükəli şəraitin, yol nəqliyyat hadisələrinin, qəzaların baş verməməsi və piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün  yeni işıqlandırma sistemlərinin çəkilməsi istiqamətində  işlər görüməkdədir.

Təsdiq edilən qrafikə uyğun olaraq şəhər ərazisində tamamilə işıqlanma sistemi olmayan yollar sıfırdan işıqlandırılır. 

İyulun 25-də rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən şəhərin Nəsimi küçəsinin elektrik dirəklərində təmir-bərpa işləri aparılaraq işıqlandırılması təmin edilib.

Bununla da şəhərin 20 küçəsində və 2 park ərazisində piyadaların və avtomobillərin axşam saatlarında təhlükəsiz hərəkətini təmin etmək, həmçinin sakinlərin asudə vaxtlarını parklarda rahat keçirmələri üçün qeyd olunan ərazilərin  işıqlandırılması bərpa edilib.

O cümlədən Heydər Əliyev parkında, Sabir bağı adlanan ərazidə, şəhərin Heydər Əliyev prospektində, Mehdi Hüseyzadə, Nizami, M.Ə.Rəsulzadə, Natəvan, Ə.Kərim, Ə.Səmidli, Vidadi, Həbibi, Ə.Cavad, S.Xəlilov, A.Faruq, 20 Yanvar, Bakı, Vaqif, N.Nərimanov, M.Ə.Rəsulzadə, Füzuli və M.F.Axundov küçələri işıqlandırılıb.

Keçidlər