Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhər ərazisində küçələrin işıqlandırılması davam etdirilir

23 sentyabr 2024 | 18:39

Göyçay rayonunda küçələrin lazımi dərəcədə işıqlandırılması, sutkanın qaranlıq saatlarında yollarda təhlükəli şəraitin, yol nəqliyyat hadisələrinin, qəzaların baş verməməsi və piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün  yeni işıqlandırma sistemlərinin çəkilməsi istiqamətində  işlər görülməkdədir.

Təsdiq edilən qrafikə uyğun olaraq şəhər ərazisində tamamilə işıqlanma sistemi olmayan yollar sıfırdan işıqlandırılır. 

Sentyabrın 20-də rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən şəhərin H.Zərdabi küçəsinin elektrik dirəklərində təmir-bərpa işləri aparılaraq işıqlandırılması təmin edilib.

Həmçinin Heydər Əliyev parkında və Şəhidlər Xiyabanında da nasazlıq yaranmış elektrik lampaları dəyişdirilərək yenisi ilə əvəz edilmişdir.

Bununla da şəhərin 22 küçəsində və 2 park ərazisində piyadaların və avtomobillərin axşam saatlarında təhlükəsiz hərəkətini təmin etmək, həmçinin sakinlərin asudə vaxtlarını parklarda rahat keçirmələri üçün qeyd olunan ərazilərin  işıqlandırılması bərpa edilib.

O cümlədən Heydər Əliyev parkında, Sabir bağı adlanan ərazidə, şəhərin Heydər Əliyev prospektində, Mehdi Hüseyzadə, Nizami, M.Ə.Rəsulzadə, Natəvan, Ə.Kərim, Ə.Səmidli, Vidadi, Həbibi, Ə.Cavad, S.Xəlilov, A.Faruq, 20 Yanvar, Bakı, Vaqif, N.Nərimanov, M.Ə.Rəsulzadə, Füzuli, M.F.Axundov, Nəsimi və Z.Tağıyev küçələri işıqlandırılıb.

Keçidlər