Şəhadət kənd nümayəndəliyi ağacəkmə aksiyasına qoşulub
28 noyabr 2022 | 14:11
Şəhadət kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilən növbəti ağacəkmə aksiyasına bələdiyyə üzvləri və kənd sakinləri də qoşulub.
Bakı Şamaxı-Yevlax avtomagistralının Şəhadət kəndinin ərazisində keçən hissəsində yolun kənarlarında baş tutan aksiyada iqlimə uyğun müxtəlif növ ağaclar və tut tingləri əkilmişdir.
Ağacəkmə aksiyası rayonun digər inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri tərəfindən də davam etdirilir.