“Sadıq evlənir” adlı teatr tamaşası nümayiş olunub
18 dekabr 2024 | 12:03
17 dekabr 2024- cü il tarixində Mingəçevir Dövlət Dram Teatrının aktyorlarının ifasında “Sadıq evlənir” teatr tamaşası nümayiş olunub.
Göyçay rayon Mədəniyyət Mərkəzində nümayiş olunan tamaşa Sahib İbrahimlinin "Sadıq evlənir" pyesi əsasında səhnələşdirilib və tamaşaya Respublikanın əməkdar artisti İntiqam Soltan quruluş verib.
Tamaşada Göyçay Rayon İcra Hakimiyyətinin başçısı və aparat işçiləri, Hüquq Mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ailə-məişət mövzusunda olan, eləcə də mənəvi məsələlərə toxunan komediyada düşündürücü dramatik stiuasiyalar da əks olunub.