Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Göyçayda şəhid və qazi ailələrini ziyarət edib
20 may 2022 | 09:10
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev Göyçay rayonunda şəhid və qazi ailələrini ziyarət edib, şəhid bulağının açılışına qatılıb.
Nazir Rəşad Nəbiyev, rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev və ictimaiyyət nümayəndələri ilə birlikdə Çərəkə kənd şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa olunmuş “Şəhidlər Bulağı”nın açılışında iştirak ediblər.
Sonra şəhid Şirinov Eldar Bağır oğlunun ailə üzvləri ilə görüşərək qayğıları ilə maraqlanıb.
Görüşdə şəhidin Vətən müharibəsində keçdiyi döyüş yolundan söz açılıb, xatirələr dinlənilib.