Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Göyçayın GPON texnologiyası ilə təmin olunan kəndlərində olub

20 may 2022 | 09:06

  Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev növbəti vətəndaş qəbulu çərçivəsində Göyçay rayonunda 3 min nəfər əhalinin yaşadığı Xəlitli, Yeniarx və Hacıağabəyli kəndlərində olub.

  Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev adı çəkilən kəndlərdə 910 ailə təsərrüfatının GPON texnologiyası ilə internetlə təmin olunması ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak ediblər.

  Həmçinin Xəlitli, Yeniarx və Hacıağabəyli kəndləri üçün tikilən mərkəzi Optik Paylayıcı otağın nazir Rəşad Nəbiyevin, rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyevin və 3 kəndin ictimaiyyət nümayəndələrinin iştirakı ilə açılışı keçirilib.

  Qeyd edək ki, otağın yeri seçilərkən gələcəkdə ətrafda yerləşən Çərəkə, Çərəcə, Mallı Şıxlı, Müskürlü kimi kəndlərin də eyni avadanlıqdan qidalanması nəzərə alınıb.

Keçidlər