Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

“Rəqəmsal Azərbaycana doğru” layihəsi Göyçayda

13 yanvar 2023 | 15:58

12 yanvar 2023-cü il tarixdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Rəqəmsal Azərbaycana doğru” regional layihəsi çərçivəsində növbəti səfər Göyçay rayonuna olub.

 “Technest” Təqaüd Proqramı çərçivəsində keçirilən səfər zamanı mentorların iştirakı ilə rəqəmsal savadlılıq, İKT biliklərinin artırılması, gələcəyin peşələri mövzularında region gəncləri ilə görüş baş tutub. Təqdimatlarda iştirakçılara “Technest” Təqaüd Proqramında iştirak imkanları, bu sahə üzrə karyera dəstəyi haqqında geniş məlumatlar verilib.

Təlimçilər arasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təmsilçiləri, eyni zamanda “Baku Design Academy” tədris mərkəzinin nümayəndələri yer alıb. Görüş çərçivəsində iştirakçıların təqaüd proqramına cəlb olunması məqsədilə “Baku Design Academy” tərəfindən yerindəcə imtahan keçirilib.

13 yanvar 2023-cü il İRİA nümayəndə heyəti ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısının görüşü baş tutub. İcra başçısı Natiq Ağayev ikitərəfli müzakirələrdə regionun informasiya texnologiyaları üzrə potensial imkanlarından danışıb.

Görüşdə region məktəblərində tədris alan şagirdlərin İKT sahəsi üzrə maarifləndirmə prosesinin aparılması, onların bu sahədə gələcək karyera planlarına dəstək olunması və istiqamətləndirilməsi üzrə potensial atıla biləcək addımlar müzakirə olunub.

Keçidlər