Rayonun Ulaşılı Şıxlı kəndinə yeni asfalt örtüyünün çəkilməsi işləri davam edir
Azərbaycan Respublikası Prezidenti tərəfindən Göyçay rayonunun Potu‒Ulaşlı Şıxlı‒Üngütlü‒Çərəkə‒Çərəcə‒Şıxlar‒Xəlitli‒Yeniarx‒Hacıağabəyli avtomobil yolunda əsaslı təmiri işlərinin aparılması ilə bağlı 25 dekabr 2023-cü il tarixli Sərəncam imzalanmışdır.
Layihəyə əsasən uzunluğu 42.35 kilometr olan avtomobil yolunun hazırda Potu‒Ulaşlı Şıxlı yaşayış məntəqələri arasında təmiri işləri aparılır.
Aprelin 17-də rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev “17 Nömrəli Yol İstismarı” MMC tərəfindən yolda aparılan asfaltlanma işləri ilə yaxından tanış olub.
Bildirilib ki, torpaq işləri yerinə yetirilmiş, yol yatağının yararsız qruntu qazılaraq çıxarılmış, müxtəlif həcmdə yol yatağının genişləndirilməsi icra olunmuş, suötürücü boruların tikintisi yerinə yetirilmiş və hazırda asfaltın alt qatının döşənməsi işləri görülür.
Layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Rayon rəhbəri yolun texnoloji ardıcıllığa riayət olunmaqla, həmçinin yüksək keyfiyyətlə aparılması barədə tövsiyələr vermişdir.