Rayonun suvarma arxlarında təmir-bərpa və lildən təmizləmə işləri davam etdirilir
Göyçay rayonunun kəndlərində keçirilən səyyar qəbullar zamanı vətəndaşların suvarma suyu təminatının yaxşılaşdırılması ilə bağlı qaldırdıqları məsələlərin həlli istiqamətində müəyyən işlər görülmüşdür.
Suvarma mövsümündə problemlərin olmaması üçün texnika vasitəsi ilə təsərrüfatların, həyətyanı sahələrin su təminatını yaxşılaşdırmaq məqsədilə suvarma arxlarında lildən təmizləmə, betonlanma işlərinin aparılması hidrotexniki qurğuların cari və əsaslı təmir işləri həyata keçirilir.
Belə ki, rayonun Şəhadət, Məlikkənd və Çaxırlı kəndlərində suvarma arxlarındakı yararsız halda olan su ötürücü şülüzlərdə təmir-bərpa işləri aparılaraq yenilənmişdir. Göyçay Suvarma Sistemləri İdarəsi tərəfindən bu il əkin sahələrinin suvarılması üçün hazırlıq işləri artıq yekunlaşmaq üzrədir.