Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayonun Şıxlar kəndində sakinlərlə növbəti səyyar qəbul keçirilib

18 iyul 2024 | 13:01

18 iyul 2024-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Çərəkə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Şıxlar kəndində sakinlərlə növbəti səyyar qəbul keçirib.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Göyçay rayonunda aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat vermişdir.

Sonra Rayon İcra Hakimiyyəti başçısının Çərəkə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tehran Adıgözəlov çıxış edərək Şıxlar kəndinin əhalisi, sosial-iqtisadi inkişafı, kənd sakinlərinin məşğuliyyəti və nümayəndəlik ərazisində görülən işlər barədə məlumat verib.

Səyyar qəbul zamanı Şıxlar kənd sakini Elman Mustafayev kənd ərazisində elektrik xətlərinin təmir üçün ixtisaslı mütəxəssisin olmaması və elektrik transformatorunun gücünün zəif olması barədə müraciət etmişdir..

Rayon İcra Hakimiyyətinin başçısı sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verərək müraciətləri nəzarətə götürüb.

Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün rayon rəhbərliyinə və ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

 

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən  təsdiq edilmiş qrafikə uyğun olaraq rayonun yaşayış məntəqələrində səyyar qəbul-görüşlərinin keçirilməsi mütəmadi olaraq davam etdirilir.

Keçidlər