Rayonun Şahsoltanlı kəndində şəhid Ülvi Ağayevin üçüncü ildönümü qeyd olundu
Göyçay rayonunun Şahsoltanlı kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Ağayev Ülvi Valeh oğlunun üçüncü ildönümü məzarı önündə qeyd olundu.
Mərasimdə iştirak edən Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.
Şəhidin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Ülvi Ağayevin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.
Mərasim zamanı məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, şəhid Ağayev Ülvi Valeh oğlu 09.03.1993-cü il tarixdə Göyçay rayonunun Şahsoltanlı kəndində anadan olmuşdur. 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmiş, 21 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” və medalları ilə təltif edilmişdir.
#AzerbaijanRemembers