Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayonun Qaraxıdır kəndində növbəti səyyar qəbul keçirildi

18 avqust 2022 | 18:42

18 avqust 2022-ci il tarixdə rayonun Qaraxıdır kəndində növbəti səyyar qəbul keçirildi.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak edirdilər.

Tədbirdən əvvəl dövlətimizin müstəqilliyi və sərhədlərimizin bütövlüyü uğrunda canını fəda etmiş Vətən Müharibəsi şəhidinin məzarı ziyarət edildi.

Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev çıxış edərək son illərdə respublikamızın, o cümlədən Göyçay rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə kənd sakinlərinə məlumat verdi.

Səyyar qəbul zamanı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra vətəndaşların təklif, müraciət və şikayətləri dinlənildi. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərildi, araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürüldü.

Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər