Rayonun Qarabaqqal kəndində məişət tullantıları poliqonu ərazisindən keçən sel sularının törətdiyi fəsadların qarşısı alınır
18 may 2024 | 12:58
Ötən günlərdə güclü leysan yağışlarından sonra rayonun Qarabaqqal kəndində məişət tullantıları poliqonundan keçən sel suları tullantıların arxlar vasitəsilə əraziyə yayılmasına səbəb olmuşdur.
Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən əraziyə baxış keçirilmiş və rayonun Qarabaqqal kəndində məişət tullantıları poliqonunun yerləşdiyi ərazidə sel sularının ötürülməsi, avtomobil yoluna və yaşayış məntəqələrinə subasmanın qarşısının alınması məqsədilə qazıntı işləri aparılaraq tullantılardan təmizlənmişdir.