Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayonun Potu kəndinin avtomobil yoluna yeni asfalt örtüyü çəkilir

24 iyul 2024 | 18:52

Azərbaycan Respublikası Prezidenti tərəfindən Göyçay rayonunun Potu‒Ulaşlı Şıxlı‒Üngütlü‒Çərəkə‒Çərəcə‒Şıxlar‒Xəlitli‒Yeniarx‒Hacıağabəyli avtomobil yolunda əsaslı təmiri işlərinin aparılması ilə bağlı 25 dekabr 2023-cü il tarixli Sərəncam imzalanmışdır.

Layihəyə əsasən uzunluğu 42.35 kilometr olan avtomobil yolunun hazırda Potu kəndinin ərazisində yeni asfalt örtüyünün vurulması işləri aparılır.

 Layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Qeyd edək ki, asfalt örtüyünü vurulması işləri texnoloji ardıcıllığa riayət olunmaqla, keyfiyyətlə davam etdirilir.  

 

#GöyçayRİH #GöyçayRayonİcraHakimiyyəti

 

Keçidlər