Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayonun Mollahacılı kəndində sakinlərlə növbəti səyyar qəbul keçirildi

02 noyabr 2023 | 18:00

02 noyabr 2023-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Mollahacılı kəndində sakinlərlə növbəti səyyar qəbul keçirdi.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Mollahacılı kəndində keçirilən səyyar qəbulda çıxış edərək bildirib ki, yerlərdə səyyar görüşlərin keçirilməsində məqsəd vətəndaşların problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması və qaldırılan məsələlərin ədalətli həllinə nail olunmasıdır.

Rayon rəhbəri ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Göyçay rayonunda aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat verdi.

Sonra Rayon İcra Hakimiyyəti başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rövşən Mikayılov çıxış edərək Mollahacılı kəndinin əhalisi, sosial-iqtisadi inkişafı, sakinlərin məşğuliyyəti və nümayəndəlik ərazisində görülən işləri qeyd edib.

Səyyar qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həll olunmasına rayon rəhbəri tərəfindən göstərişlər verilib, araşdırılmasına ehtiyac olan məsələlər isə aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.

Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün ölkə başçısına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər