Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayonun Mırtı kəndində şəhid Rəhim Həmidovun üçüncü ildönümü məzarı önündə qeyd olundu

30 noyabr 2023 | 15:47

Noyabrın 30-da Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Həmidov Rəhim Ehdiram oğlunun üçüncü ildönümü rayonun Mırtı kəndində məzarı önündə qeyd edildi.

Mərasimdə hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, Göyçay Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın və şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə mərasim iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.

Şəhidin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Rəhim Həmidovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

Mərasim zamanı məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, şəhid Həmidov Rəhim Ehdiram oğlu 09.02.1997-ci il tarixdə Göyçay rayonunun Qaraxıdır kəndində anadan olmuşdur. 29 sentyabr 2020-ci il tarixdə qismən səfərbərlik üzrə hərbi  xidmətə cəlb edilmişdir. 44 günlük Vətən müharibəsində Füzuli-Xocavənd istiqamətində  gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. 30 noyabr 2020-ci il tarixdə rayonun Mırtı kəndində dəfn olunmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin Sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

#AzerbaijanRemembers

Keçidlər