Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayonun Məlikkənd kəndində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində abadlıq işləri aparılıb və ağacəkmə aksiyası keçirilib

03 aprel 2024 | 10:52

Aprelin 2-də Göyçay rayonunun Məlikkənd kəndində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 44 günlük Vətən müharibəsi şəhidi Hüseynov Xəyyam Hüseyn oğlunun abidə kompleksinin ətrafında abadlıq işləri aparılıb və ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında rayon icra hakimiyyəti başçısının Məlikkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, kənd bələdiyyəsinin, Məlikkənd kənd tam orta məktəbin və mədəniyyət evinin kollektivinin iştirakı ilə 50-dən çox ağac əkilərək aqrotexniki qulluq göstərilib.

Həmçinin həmin ərazi və yol kənarları kol-kosdan, alaq otlarından təmizlənərək səliqə-səhman işləri yaradılıb.

 

Keçidlər