Rayonun kənddaxili yollarında cari təmir işləri aparılıb
27 may 2024 | 12:32
Son illərdə rayonumuzda yol infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır.
Hazırda kəndlərarası yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı Potu‒Ulaşlı Şıxlı‒Üngütlü‒Çərəkə‒Çərəcə‒Şıxlar‒Xəlitli‒Yeniarx‒Hacıağabəyli avtomobil yolu layihəsi uğurla icra olunur.
Aparılan işlərlə yanaşı rayonun Aşağı Qaraməryəm, Qaraman və Şəhadət kəndlərində vətəndaşların, həmçinin nəqliyyat vasitələrinin rahat gediş-gəlişinin təmin olunması üçün sakinlərin dəstəyi ilə kənddaxili yollara çınqıl daşı tökülərək qreyderlə hamarlanma işləri aparılıb.