Rayonun kənd bələdiyyə sədrləri görülən işlərlə bağlı kənd sakinlərinə hesabat verib
26 iyul 2024 | 12:05
Göyçay rayonunun Alpout, Bığır, Çaxırlı, Mırtı və Cəyirli kəndlərində bələdiyyə sədrləri sakinlərlə görüş keçirərək görülən işlər barədə onlara hesabat verib.
Kəndlərdə keçirilən görüşlərdə bələdiyyə sədrləri son altı ay ərzində vətəndaşlardan yığılan vergi və ödənişlər, xərclənən vəsaitlər barədə ətraflı məlumat verərək qeyd ediblər ki, sakinlər tərəfindən vergi ödənişləri artdığı halda kəndin sosial və digər problemlərinin həllində öz müsbət nəticəsini göstərə bilər.
Sonda kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb.