Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayonun inzibati ərazi dairələri üzrə nümayəndəlikləri tərəfindən vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində mütəmadi işlər aparılır

16 mart 2023 | 17:59

Rayonun Qarabaqqal kəndində vətəndaşların içməli suya olan tələbatında yaranmış çətinliklə bağlı etdikləri müraciəti əsasında “Birləşmiş Sukanal” MMC-nin Göyçay Sukanal Sahəsinin İstismar qrupu tərəfindən yararsız və kiçik ölçüdə olan içməli su xətti dəyişdirilərək böyük ölçülü boru ilə əvəz edilmişdir.

Qaraməryəm kəndində vətəndaşların yolun təmir edilməsi ilə bağlı etdikləri müraciətlə əlaqədar kənd ərazisində “17 Nömrəli Yol İstismarı” MMC tərəfindən yolun dağılmış hissələrinə asfalt örtüyü çəkilərək cari təmir işləri aparılıb.

Görülən işlərlə yanaşı rayon ərazisində yaşıllıq sahələrinin artırılması məqsədilə rayon icra hakimiyyəti başçısının Bəydövül, Aşağı Qaraməryəm, İnçə və Ləkçılpaq kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin təşəbbüsü ilə kənd ərazisində ağacəkmə aksiyası keçirilib.

“Azərişıq” ASC-nin “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin Göyçay Elektrik Şəbəkəsi tərəfindən rayonun Məlikkənd kəndində elektrik xətlərinin üzərinə düşən ağacların budaqlarında yaşıl budama işləri həyata keçirilib.

Rayon İcra Hakimiyyəti başçısının İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 1 nömrəli Avtomobil Yolların Yaşıllaşdırılması MMC-nin təşkilatçılığı ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ərəbcəbirli kəndinin ərazisindən keçən hissəsində yolların kənarları kol-kosdan və məişət tullantılarından təmizlənərək qaydaya salınıb və Qarabaqqal kəndinin ərazisindən keçən hissəsində isə mövcud yaşıllıqlar suvarılaraq aqrotexniki  qulluq edilib.

Keçidlər