Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayonun Cırqurd kəndində sel sularının yaratdğı təhlükə aradan qaldırılıb

20 may 2024 | 09:25

Ötən həftə ərzində davamlı olaraq yağan güclü leysan yağışları nəticəsində Göyçay çayında sululuğun səviyyəsi artmış və sel bir sıra fəsadlar törətmişdir.

Rayonun Cırqurd kəndində də sel sularının avtomobil yoluna vurduğu ziyan tam aradan qaldırılmışdır.

Rayon Suvarma Sistemləri İdarəsinin texnikaları vasitəsilə sel suları nəticəsində yuyulmuş avtomobil yolunun və arxın kənarlarında torpaqbərkitmə işləri aparılaraq nəqliyyat vasitələrinin hərəkəti tam bərpa edilmişdir.

Rayon Fövqəladə Hallar Komissiyasının və rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşlarının iştirakı ilə əraziyə baxış keçirilmişdir.

Kənd sakinləri ərazidə operativ aparılan işlərə görə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər