Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayonun Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin avtomobil yollarında cari təmir işləri aparılıb

03 oktyabr 2024 | 10:08

Göyçay rayonunun Kürdəmiş kənd sakinlərinin rayon icra hakimiyyəti başçısının Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə və kənd bələdiyyəsinə etdikləri müraciətlər əsasında yaşadıqları məhəllənin avtomobil yolunda cari təmir işləri aparılıb.

Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Cəyirli bələdiyyəsinin dəstəyi ilə nümayəndəliyin Kürdəmiş kəndində 44 günlük Vətən müharibəsində şəhid olmuş Mayılov Rüfət Bəhram oğlunun ailə üzvlərinin və Vətən müharibəsi əlili Samir Abdullayevin, həmçinin müharibə iştirakçısı İkram Aslanovun yaşadıqları məhəllələrin avtomobil yoluna çınqıl daşı tökülərək qreyderlə hamarlanmışdır.

Cəyirli kəndində avtomobillərin rahat gediş-gəlişinin təmin olunması üçün yolun dağılmış hissələrinə yeni asfalt örtüyü vurulmuşdur.

Aparılan işlərlə yanaşı Kürdəmiş kəndində də qəbirstanlıq yolu qreyderlə hamarlanıb.

Keçidlər