Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayonun Çərəkə və Qarabaqqal kəndlərində abadlıq, təmizlik işləri görülür

01 dekabr 2022 | 12:21

Rayon İcra Hakimiyyəti başçısının tapşırıq və tövsiyələrinə əsasən Göyçay rayonunda abadlıq, təmizlik işləri mütəmadi olaraq davam etdirilir, iməciliklər keçirilir.

Çərəkə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən kənd ərazisində inzibati binaların ətrafı kol-kosdan təmizlənərək insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənmişdir.

 Həmçinin respublika əhəmiyyətli Bakı-Şamaxı-Yevlax avtomagistralının Qarabaqqal kəndinin ərazisindən keçən hissəsində nümayəndəliyin təşəbbüsü ilə yol kənarları alaq otlarından təmizlənərək, qurumuş ağaclar ərazidən götürülüb, mövsümlə əlaqədar ağaclara qulluq edilmişdir.

Keçidlər