Rayonun Çərəcə kəndində şəhid Paşa Salmanovun üçüncü ildönümü məzarı önündə qeyd olundu
Dekabrın 06-da Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Salmanov Paşa Həkim oğlunun üçüncü ildönümü rayonun Çərəcə kəndində məzarı önündə qeyd edildi.
Mərasimdə hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, Göyçay Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın və şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə mərasim iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.
Şəhidin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Paşa Salmanovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.
Mərasim zamanı məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, şəhid Salmanov Paşa Həkim oğlu 13.08.1995-ci il tarixdə Göyçay rayonunun Çərəcə kəndində anadan olmuşdur. 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmiş, 44 günlük Vətən müharibəsində Ağdam istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. 06 dekabr 2020-ci il tarixdə Çərəcə kənd qəbiristanlığında dəfn olunmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
#AzerbaijanRemembers