Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayonun Çaxırlı kəndinə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası təşkil olundu

18 aprel 2024 | 11:00

Aprelin 17-də rayonun Çaxırlı kəndində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası təşkil olundu.

Aksiyada Göyçay Rayon İcra Hakimiyyəti başçısının Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Çaxırlı kənd Mədəniyyət evi, kənd kitabxana filialı, Çaxırlı kənd ümumi orta məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə rayonun torpaq-iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilib.

Tədbirin keçirilməsində məqsəd ağac əkməklə ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, eləcə də iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

Keçidlər