Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayonun Çaxırlı kəndində şəhid Sənan Məmmədovun üçüncü ildönümü qeyd olundu

21 oktyabr 2023 | 18:32

Oktyabrın 21-də Göyçay rayonunun Çaxırlı kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Məmmədov Sənan Tehran oğlunun üçüncü ildönümü məzarı önündə qeyd olundu.

Mərasimdə iştirak edən Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev, YAP Göyçay rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Göyçay Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın və şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.

Şəhidin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Sənan Məmmədovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

Mərasim zamanı məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, şəhid Məmmədov Sənan Tehran oğlu 27.07.2000-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonunda  anadan olmuşdur. 14.01.2020-ci il tarixdə həqiqi hərbi xidmətə cağrılmışdır. 21 oktyabr 2020-ci il tarixdə Xocavənd   istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

#AzerbaijanRemembers

Keçidlər