Rayonun Bəydövül kəndində şəhid Mütalib Xudiyevin üçüncü ildönümü məzarı önündə qeyd olundu
Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev noyabrın 11-də Bəydövül kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Xudiyev Mütalib Ələsgər oğlunun üçüncü ildönümü mərasimində iştirak etdi.
Mərasimdə Milli Məclisin deputatı Sabir Hacıyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, YAP Göyçay rayon təşkilatının sədri, Göyçay Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın və şəhid ailələrinin üzvləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə mərasim iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.
Şəhidin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Mütalib Xudiyevin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.
Mərasim zamanı məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, şəhid Xudiyev Mütalib Ələsgər oğlu 03.03.1993-cü il tarixdə Göyçay rayonunun Bəydövül kəndində anadan olmuşdur. 29 sentyabr 2020-ci il tarixdə qismən səfərbərlik üzrə hərbi xidmətə cəlb edilmiş, 11 noyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
#AzerbaijanRemembers