Rayonun Aşağı Qaraməryəm və Ləkçılpaq kəndlərinin daxili yollarında cari təmir işləri aparılıb
Rayon ərazisində yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlərin görülməsi davam etdirilir. Şəhər ərazisi ilə yanaşı kəndlərdə də yolların abadlığına xüsusi diqqət yetirilir.
Martın 12-də vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün rayon icra hakimiyyəti başçısının Aşağı Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı və kənd sakinlərinin dəstəyi ilə nümayəndəliyə daxil olan Dövranlı kəndinin “Avtobus yolu” adlanan hissəsinə 4 km məsafədə çınqıl daşı tökülərək cari təmir işləri aparılıb.
Həmçinin rayonun Ləkçılpaq kəndində bələdiyyə tərəfindən “Atamallı” adlanan məhəlləyə 3 km məsafədə çınqıl materialı tökülərək qreyderlə hamarlanma işləri aparılıb.