Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayonun Aşağı Qaraməryəm kəndində şəhid Ədalət Dəmirovun üçüncü ildönümü qeyd olundu

02 noyabr 2023 | 15:34

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev noyabrın 2-də Aşağı Qaraməryəm kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Dəmirov Ədalət Nüsrət oğlunun üçüncü ildönümü mərasimində iştirak etdi.

Mərasimdə hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, Göyçay Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın və şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə mərasim iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.

Şəhidin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Ədalət Dəmirovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

Mərasim zamanı məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, şəhid Dəmirov Ədalət Nüsrət oğlu09.11.2001-ci il tarixdə Göyçay rayonunun Aşağı Qaraməryəm kəndində anadan olmuşdur. 08.01.2020-ci il tarixdə həqiqi hərbi xidmətə çağrılmışdır. 02 noyabr 2020-ci il tarixdə Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

#AzerbaijanRemembers

Keçidlər