“Rayonumuzun ictimai problemləri” rubrikasındakı növbəti mövzumuz: Rayonun bəzi kəndlərində təbii qazın təzyiqinin aşağı olması
Qış mövsümündə havaların soyuması ilə əlaqədar təbii qaza olan təlabat artır. Belə ki, rayonun Hacalıkənd, Qızılağac və Qarabaqqal kəndlərində təbii qaz xəttləri ötən əsrin 80-ci illərində çəkilmiş və uzun illər istifadə olunduğu üçün istismar müddəti başa çatmışdır. Həmin xəttlərin köhnə və yararsız, həmçinin sızmaların olması nəticəsində qazın təzyiqini lazımi səviyyədə paylamaq mümkün deyil.
Qeyd olunan kəndlərin qaz xəttlərinin yenidən qurulması dövlət proqramına uyğun olaraq həyata keçiriləcəkdir.
Ağsu Regional Qaz İstismar İdarəsinin Göyçay Xidmət Sahəsi tərəfindən təbii qazın verilişində yaranan problemlər daimi nəzarətdə saxlanılmaqla mütəmadi olaraq qaz xəttləri üzərində quraşdırılmış avadanlıqlar vasitəsilə tənzimləmə işləri aparılır.