Rayonumuzun füsunkar təbiətini, bənzərsiz təbii gözəlliyini, çoxəsrlik tarixini və insanlarının xarakterini vahid bir rəmzdə birləşdirən yeni loqomuz hazırlanmışdır
12 avqust 2026 | 16:27
Əziz göyçaylılar!
Rayonumuzun füsunkar təbiətini, bənzərsiz təbii gözəlliyini, çoxəsrlik tarixini və insanlarının xarakterini vahid bir rəmzdə birləşdirən yeni loqomuz hazırlanmışdır. Doğma yurdumuzun bu yeni vizual siması hər bir göyçaylının öz torpağına olan sonsuz sevgisini və sarsılmaz bağlılığını əks etdirir. Loqonun hər bir elementi rəmzi məna daşıyır:
- Dağlar – göyçaylıların qürurunu, iradəsini və hər bir sınaq qarşısında nümayiş etdirdiyi şücaəti ifadə edir;
- Göyçay çayı – insanlarımızın qəlbinin təmizliyini, niyyətinin saflığını və tükənməz enerjisini tərənnüm edir;
- Nar ağacları – insanlar arasındakı birliyi, həmrəyliyi və torpağımızın ruzi-bərəkətini simvolizə edir;
- Çinar – Göyçayımızın qədim tarixini, nəsillərdən-nəsilə ötürülən müdrikliyi və soy-kökə olan bağlılığı təcəssüm edir.






