Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayonda “Zəfər kuboku” adlı idman yarışları keçirilib

05 noyabr 2022 | 17:47

Göyçay Rayon İcra Hakimiyyəti başçısının 8 noyabr - Zəfər Günü ilə bağlı “Tədbirlər Planı”nına uyğun olaraq rayonda silsilə tədbirlər davam edir.

05 noyabr 2022-ci il tarixdə rayonda “Zəfər kuboku” adlı idman yarışlarının final mərhələsi keçirilib. Göyçay Olimpiya İdman Kompleksində məktəblilər arasında keçirilən voleybol yarışlarının qalibi şəhər 6 nömrəli tam orta məktəbin komandası olmuşdur.

Uşaq Gənclər İdman Şahmat məktəbinin binasında keçirilən 12-16 yaş arası məktəblilərin şahmat yarışının qalibləri müəyyən olunmuş, kiçik yaşlı məktəblilər arasında yarışlar davam edir.

Keçidlər