Rayonda “Yaddaş saatı” adlı aksiya keçirilib
05 noyabr 2022 | 17:54
Göyçay Rayon İcra Hakimiyyəti başçısının 8 noyabr - Zəfər Günü ilə bağlı “Tədbirlər Planı”nına uyğun olaraq rayonda silsilə tədbirlər davam edir.
05 noyabr 2022-ci il tarixdə rayonda “Yaddaş saatı” adlı aksiya keçirilmişdir. Aksiyada rayon məktəbliləri, lisey və kollec tələbələri şəhidlərin xatirəsinin uca tutulması məqsədilə şəhid məzarlarını, barelyeflərini, bulaqlarını və şəkil lövhələrinin ətraflarını abadlaşdıraraq təmizlik işləri aparmışlar.
Sonra şəhidlərimizin xatirələri anılmış, məktəblilərin ifasında Qələbə və Zəfərimizə həsr olunmuş şeirlər söylənilmişdir.