Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayonda abadlıq, təmizlik və suvarma arxlarının qazılması işləri davam etdirilir

19 dekabr 2022 | 11:32

Ötən həftə ərzində rayon ərazisində abadlıq, təmizlik və suvarma arxlarının qazılması işləri aparılmışdır.

Şəhər ərazisində Heydər Əliyev prospektində və Natəvan küçəsində abadlıq işləri görülmüş yeni yaşıllıqlar salınmışdır.

Göyçay-Bərgüşad avtomobil yolunun kənarları rayon İcra Hakimiyyəti başçısının Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təmizlənmiş və gül-çiçək kolları əkilmişdir.

Qarabaqqal kəndində “Qantarma arxı” adlanan suvarma arxında texnika vasitəsilə lil və çöküntülərdən təmizlənmə işləri aparılmışdır.

Bığır kəndinin giriş hissəsində yerləşən şəhidlər bulağının ətrafı təmizlənərək qaydaya salınmış, Çaxırlı kənd tam orta məktəbinin ərazisində yeni ağaclar əkilmiş və Çaxırlı kənd qəbiristanlığında iməcilik işləri görülmüşdür.

Keçidlər