Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon sakinlərinin problemlərinin həlli istiqamətində qəbulların keçirilməsi davam edir

19 noyabr 2024 | 15:08

 

19 noyabr 2024-cü il tarixdə rayon icra hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulu keçirilib.

Qəbulda Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri də iştirak edib.

Vətəndaşların müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, rayon icra hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində nəzarətə götürülmüş, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tövsiyələr verilmişdir.

Ümumilikdə qəbul zamanı 30 nəfərə yaxın rayon sakinlərinin müraciətinə baxılmış, şəhid ailələri, qazilər və müharibə iştirakçıları isə növbədənkənar qəbul edilmişdir.

Keçidlər