Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon rəhbəri Vətən müharibəsində şəhid olanların üçüncü ildönümü mərasimlərində iştirak etdi

26 oktyabr 2023 | 17:40

Rayon rəhbəri Vətən müharibəsində şəhid olanların üçüncü ildönümü mərasimlərində iştirak etdi

 

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev 26 oktyabr 2023-cü il tarixdə 44 günlük Vətən müharibəsində şəhid olan Çayarxı kənd sakini Hacıyev Toğrul Siyavşah oğlu oğlunun və Alpout kənd sakini Mikayılov Elvin Nizami oğlunun üçüncü ildönümü mərasimlərində iştirak edib.

Mərasimdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Göyçay rayon təşkilatının sədri, idarə, müəssisə və təşkilatların müdirləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və kənd sakinləri şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri düzüblər.

Şəhidlərin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhidlərin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

Mərasimdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

 

Şəhid Hacıyev Toğrul Siyavşah oğlu 04.02.1991-ci il tarixdə Göyçay rayonunun Çayarxı kəndində anadan olmuşdur. 29 sentyabr 2020-ci il tarixdə qismən səfərbərlik üzrə hərbi xidmətə cəlb edilmiş, 26 oktyabr  2020-ci il tarixdə Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin  sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

Şəhid Mikayılov Elvin Nizami oğlu 01.08.1986-ci il tarixdə Göyçay rayonunun Alpout kəndində anadan olmuşdur. 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmişdir.  26 oktyabr 2020-ci il tarixdə Talış Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Keçidlər