Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon rəhbəri Vətən müharibəsi şəhidi Orxan Kərimlinin üçüncü ildönümü mərasimində iştirak etdi

10 oktyabr 2023 | 15:13

10 oktyabr 2023-cü il tarixdə İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Kərimli Orxan Akif oğlunun üçüncü ildönümü Göyçay şəhər Şəhidlər Xiyabanında məzarı önündə qeyd olundu.

Mərasimdə iştirak edən Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev, YAP Göyçay rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri və şəhidin döyüş yoldaşları şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.

Şəhidin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Orxan Kərimlinin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

Sonda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, şəhid Orxan Kərimli 06.10.2001-ci il tarixdə Göyçay rayonunun Potu kəndində anadan olmuşdur. 09.10.2019-cu il tarixdə həqiqi hərbi xidmətə cağrılmışdır. 10 oktyabr 2020-ci il tarixdə Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin  sərəncamı ilə  “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Kəlbəcərin  azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

#AzerbaijanRemembers

Keçidlər