Rayon məktəbliləri Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Göyçay rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər
05 may 2023 | 15:30
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə şəhər 1, 2, 3, 6, 9 və Kürdşaban, Bəydövül kənd tam orta məktəblərin şagirdləri Göyçay rayon Heydər Əliyev Mərkəzini ziyarət etmişlər.
Məktəblilər ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv sənədlər, eləcə də müxtəlif eksponatlarla tanış olublar.
Sonra şagirdlər ulu öndərə həsr olunmuş "Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri" adlı sənədli filmi izləyiblər.
Heydər Əliyev Mərkəzi ilə tanışlıq şagirdlərin böyük marağına səbəb olub.