Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətinin başçısının Qarabaqqal kəndində vətəndaşlarla növbəti səyyar qəbulu keçirilib

20 sentyabr 2024 | 15:24

19 sentyabr 2024-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısının Qarabaqqal kəndində vətəndaşlarla növbəti səyyar qəbulu keçirilib.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Göyçay rayonunda aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat vermişdir.

Sonra Rayon İcra Hakimiyyəti başçısının Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamil Qasımov çıxış edərək kəndin əhalisi, sosial-iqtisadi inkişafı, kənd sakinlərinin məşğuliyyəti və nümayəndəlik ərazisində görülən işləri qeyd edib.

Səyyar qəbul zamanı şəhid qardaşı Seymur Sadıqov şəhid ailələrinə göstərilən diqqət və qayğıya, Qurban Abdurrahmanov rayon ərazisində görülən abadlıq və quruculuq işlərinə görə rayon rəhbərliyinə öz təşəkkürlərini bildiriblər və kəndin digər sakinlərinin müxtəlif mövzularda müraciətləri dinlənilib.

Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün ölkə başçısına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər