Rayon icra Hakimiyyətinin başçısı vətəndaş qəbulu keçirib
07 yanvar 2025-ci il tarixdə rayon icra hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulu keçirilib.
Qəbulda Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri də iştirak edib.
Vətəndaşların müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, rayon icra hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində nəzarətə götürülmüş, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tövsiyələr verilmişdir.
Ümumilikdə qəbul zamanı 30 nəfər rayon sakinlərinin müraciətinə baxılmış, şəhid ailələri, qazilər və müharibə iştirakçıları isə növbədənkənar qəbul edilmişdir.